Vergi borcu olan şirkət 3 milyon manatlıq tenderdə qalib oldu

Ədliyyə Nazirliyinin Pentensiar Xidməti su təchizatı üçün magistiral xəttin çəkilişi ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Banker.az xəbər verir ki, tenderin qalibi “Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti” MMC-dir.

Qalibə 3 090 153 manat ödəniləcək.

“Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manatdır. Şirkətin 12 manat vergi borcu var.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.