Vergi borcu olan şirkət 5 milyon manatlıq tenderdə qalib oldu

“Azərsu” ASC “Touchess” MMC ilə 5 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə İnformasiya-Kommunikasiya Texnologiyaları sahəsində və Ceyranbatan Su Təchizatı İdarəsinin ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin Scada sisteminin fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək məqsədi ilə avadanlıq və mal-materialların satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 4 963 461 manatdır.

Qeyd edək ki, “Touchess” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 000 manatdır və qanuni təmsilçisi Səbuhi Məmmədovdur. Bu şirkətin dövlətə vergi borcu 4 026 manatdır.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.