13 C
Baku
Bazar, Noyabr 28, 2021

Vergi borcu olan şirkət “Azərsu”nun 1 milyon manatlıq tenderin qalibi oldu

“Azərsu” ASC “Geo-Su Group” MMC ilə 1.2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi məqsədi ilə Texniki-iqtisadi Əsaslandırma Hesabatının hazırlanması” işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 1 182 950 manatdır.

Qeyd edək ki, “Geo-Su Group” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Elvin Rüstəmovdur. Şirkətin vergi borcu 5 355 manatdır.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.​

Son xəbərlər
Oxşar xəbərlər
X