16 C
Baku
Wednesday, October 30, 2024

Vergi borcu olan şirkət 1 milyon manata yaxın sifariş aldı

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti “Az-Tex-İmport” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Nəqliyyat və xüsusi texnikaların satınalınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 988 722 manatdır.

Bildirək ki, “Az-Tex-İmport” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 226 010 manatdır və qanuni təmsilçisi Samir İbadullayevdir.

Onu da qeyd edək ki, “Az-Tex-İmport” MMC-nin dövlətə 12 min 304 manat vergi borcu var.

 

Son xəbərlər
Digər xəbərlər