“Azərişıq” ASC müxtəlif növ ağır avto mexanizimlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Vahid dövlət satınalmaları portalında verilən məlumata görə, tenderin qalibi “Original Motors” MMC-dir.
Qalibə 2 952 203 manat ödəniləcək.
Xatırladaq ki, “Original Motors” MMC 2012-ci ildə dövlət qeydiyyatından keçib. Onun nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Fuad Yusifovdur. Şirkətin 132 manat vergi borcu var.