3 C
Baku
Saturday, December 14, 2024

Vergi borcu olan şirkət İcra Hakimiyyətinin tenderinin qalibi olub

“Aztimont” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Aztimont” ASC-nin vergi borcu 14 615 manat təşkil edir. Bu vergi borcu 02.11.2021-ci il tarixinə olan məlumatdır.

Qeyd edək ki, “Aztimont” ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 50 432 manatdır və qanuni təmsilçisi Nəriman Veysəlovdur.

Onu da bildirək ki, “Aztimont” ASC Qobustan Rayon İcra Hakimiyyəti başçısının Qobustan şəhəri üzrə icra nümayəndəsinin keçirdiyi 590 min manatlıq tenderinin qalibi olub.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.​

Son xəbərlər
Digər xəbərlər