Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi “Məişət İST” MMC ilə 32 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə 2023-cü il ərzində Bərdə rayon ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri 3 150 431 manatdır.
Qeyd edək ki, “Məişət İST” MMC 1994-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 6 manatdır və qanuni təmsilçisi Nicat Cəfərovdur. 20.02.2023-cü il tarixinə qədər şirkətin vergi borcu 69 881.77 manatdır.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.