11 C
Baku
Saturday, December 28, 2024

Vergi borcu olanlar üçün tətbiq ediləcək yenilik və üstünlüklər nədən ibarətdir?

Vergi ödəyicilərinə möhlət veriləcək. Bu, vergi ödəyicisinin borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydasında öz təsdiqini tapıb.

Belə ki, Nazirlər kabinetinin qərarına əsasən, vergi ödəyicisinin vergi borcu onun sərbəst vəsaitinin 1,3 mislindən artıq olarsa, bu hal vergi ödəyicisinin borcu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndirilir və ödəmə müddəti vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq uzadılır.

Ekspertlərin sözlərinə görə, vergi öhdəliklərinin möhlət verilməsi və müddətlər üzrə bölünməsi praktikasının Azərbaycanda tətbiqi təsərrüfat subyektlərinin üzləşdikləri bir sıra problemlərin həlinə gətirib çıxaracaq.

 

Son xəbərlər
Digər xəbərlər