11 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

Vergi borcuna görə 5000 manatadək daşınar əmlakın satışı qaydası müəyyənləşir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında “İcra haqqında qanuna” dəyişiklik müzakirəyə çıxarılacaq.

Kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübaruzənin gücləndirilməsi məqsədilə hazırlanmış layihədə vergi borcu ilə bağlı siyahıya alınmış əmlakların satışının daha effektiv təşkili üçün daşınar və daşınmaz əmlakların satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etməyin vergi orqanlarının hüquqlarına aid edilməsi nəzərdə tutulub.Eyni zamanda, layihədə hərracın təşkilatçısı kimi Əmlak məsələləri Dövlət xidməti yanında hərracın təşkili üzrə Auksion Mərkəzinin vergi borcu ilə bağlı siyahıya alınmış əmlakların satışı məqsədilə hərracı vergi orqanını sifarişi əsasında həyata keçirməsi, həmçinin vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakı vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron qaydada həyata keçirən ticarət şəbəkəkələrində) satıla bilməsi nəzərdə tutulub.

Mənbə:Apa
Son xəbərlər
Oxşar xəbərlər
X