18 C
Baku
Çərşənbə, May 25, 2022

Vergi borcuna görə ölkədən çıxışı qadağan olundu

Azərbaycanın Əməkdar memarı Afis (Hafiz) Əmirxanovun ölkə hüdudlarından kənara çıxması məhdudlaşdırılıb.

O, dövlətə olan vergi borcunu ödəmədiyi üçün məhkəməyə verilib. Dövlət Vergi Xidmətinin Bakı Kommersiya Məhkəməsində A.Əmirxanova qarşı qaldırdığı iddia təmin olunub.

Məlum olub ki, memarın Dövlət Sosial Müdafiə Fonduna borcu var.

Qeyd edək ki, A.Əmirxanov Əməkdar memar və Prezident təqaüdçüsüdür. O, vaxtilə Memarlar İttifaqının I vitse-prezidenti olub.

 

 

Son xəbərlər
Oxşar xəbərlər