17 C
Baku
Monday, April 15, 2024

Vergi borcuna görə Qaradağda sement müəssisəsinin 20 min manatlıq 2 əmlakı hərraca çıxarılıb

Vergilər Nazirliyi vergi borcuna görə Qaradağda “Bakı Sement Təmir” kollektiv müəssisəsinə məxsus ofis və iki anbar hərraca çıxarıb.

Nazirlikdən verilən məlumata görə, hərraca çıxarılan əmlaklar Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ (Qaradağ qəs), ev Sement zavodu ünvanında yerləşir.

Həmin ünvanda ofis və anbara 15 min manat qiymət qoyulub. Əvvəlki hərracda əmlak satılmadığından qiyməti 20% aşağı salınaraq 12 min manata endirilib.

Hərracda iştirak etmək istəyənlər əmlaklara görə 600 manat beh verməlidir.

Bundan başqa, həmin müəssisəyə məxsus daha bir anbar da hərraca çıxarılıb. Bu anbara 5 min manat qiymət qoyulub. Əvvəlki hərracda bu anbar da satılmadığından qiymət 20% aşağı salınaraq 4 min manat müəyyən edilib. Bu hərracda iştirak etmək istəyənlər əmlaklara görə 200 manat beh verməlidir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər