7 C
Baku
Thursday, January 16, 2025

Vergi borcunun ödənilməsi hansı halda artırıla bilər? – Açıqlama

Vergi orqanının qərarı ilə müəssisənin 5000 manat məbləğində sadələşdirilmiş vergi borcunun ödənilməsinə 6 aylıq müddətə möhlət verilib. Bu müddət ərzində möhlət verilmiş həmin borcun 4000 manatı ödənilib. Borcun qalan hissəsinə münasibətdə möhlətin müddəti artırıla bilərmi?

Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, vergiödəyicisi tərəfindən möhlət verilmiş dövr ərzində borcun 75 faizi ödənildiyi halda, vergiödəyicisinin müraciəti əsasında borcun ödənilməsinə 6 aydan çox olmayan müddətə verilən möhlət 1 ildən, vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə verilən möhlət isə 2 ildən çox olmayan müddətə yuxarı vergi orqanının qərarı ilə artırıla bilər.

Buna əsasən, sorğuda göstərilən halda müəssisə tərəfindən möhlət verilmiş borcun 75 faizi ödənildiyindən bu müddət 1 ildən çox olmayan müddətə yuxarı vergi orqanının qərarı ilə uzadıla bilər.

Son xəbərlər
Digər xəbərlər