Vergi cərimələri, yoxsa mühasibatlıq cərimələri? – bloq

0

Azərbaycanda mühasibat uçotunun aparılmasının məcburiliyi ilə bağlı cərimələrin artırılmasına baxmayaraq, əsas üstünlük yenə vergi uçotunun aparılmasındadır. Yenə də mühasiblər vergi orqanı ilə bağlı hesabatları edib, mühasibatlıq hesabatlarının 30 faizi edir vəya müəyyən hallarda etməyib qoyullar kənara. Bu nə ilə bağlıdır? Məsələ orasındadır ki, vergi sistemi ilə bağlı məsələlərə, vergi orqanları tərəfindən ciddi nəzarət var. Hansı sahədə nəzarət güclüdürsə, işdə də həmin sahəyə üstünlük veriləcək. Mühasibatlıq sahəsində bu ciddilik bir balaca axsayır. Bəzi sahibkarlar özləri də, şirkətlərində mühasibat uçotunun vacibliyi ilə ciddi maraqlanmırlar. Çünki burada sahibkarın gəlirinə ciddi şəkildə təsir edəcək məqam yoxdur. İnzibati Xətalar Məcəlləsinin tələblərini yerinə yetirmək üçün isə, sahibkara formal bir auditor rəyi lazımdır. Bundan əlavə mühasibatlıq sahəsinə nəzarət güclənməlidir və cərimələrin qanunda olması o demək deyil ki, təşkilatda mühasibatlıq uçotu işinin aparılması önəmli olacaq. Bəzi mühasiblər iddia edirlər ki, vergi işinin təşkili və aparılması o qədər ağırdır ki, mühasibatlıq uçotunun aparılmasına vaxt qalmır. Bu səbəbdən gərək vergi işi ilə bir şəxs məşğul olmalıdır, mühasibatlıq işi ilə digər. Amma bu hər sahibkara sərf etmir. Sahibkara 3-4 işin bir nəfərin görməsi sərf edir.  Üstəlik sahibkar 500 manat verib naşı bir mühasibi işlətməyə daha çox üstünlük verir, nəinki 2000 – 3000 manat verib, bu işi peşakara tapşırsın. Digər bir məqam isə mühasibatlıq sahəsində çoxlu sayda, bu sahəyə aid olmayan şəxslər işləyir. Heç bir iqtisadi təhsili olmayan şəxslərin mühasibatlıq sahəsində çoxluluq təşkil etməsi, bu sahədə işin bu vəziyyətdə olmasına gətirib çıxarır.  Ola bilər yaxın zamanda bu sahəyə, aidiyyatı qurumlar daha ciddi yanaşar və sahibkarlar, bu işdə çalışanlar nəhayət anlayar ki, mühasibat uçotunu formal yox, ciddi şəkildə aparmaq lazımdır.

İqtisadçı – ekspert Rauf Qarayev