14 C
Baku
Saturday, November 23, 2024

Vergi dövlət qulluğuna yoxsa xüsusi dövlət qulluğuna aid olacaq?

Çoxların maraqlandırır ki, vergi işini köhnə qayda ilə davam etdirəcək yoxsa yeni qayda ilə?

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fərmanında qeyd edilir ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilsin. Yəni bu orqanlar artıq İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əsasnaməsinin yeni layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Barələrində nizamnamə kapitalındakı dövlət payının idarə edilməsi funksiyaları həyata keçiriləcək kommersiya təşkilatlarının siyahısını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirsinlər.

Yəni birləşən strukturlar 23.10.2019-23.12.2019-cu ilə kimi öz işlərini köhnə qayda ilə yəni əsasnamələrində tutulmuş formada fəaliyyat göstərəcəklər.

Yalnız 23.12.2019-cu il tarixdən sonra tam bilinəcək. Əlavə olaraq qeyd edim ki, Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətləri Nazirliyə tabe olsa da, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında sözü onlara müəyyən müstəqillikdə verir.

İqtisadçı – ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər