Vergi faizlərin aşağı salınması, xarici investorların ölkəyə cəlb edilməsi üçün, yalnız faktorlardan [bloq yazı]

0

Xarici investorlar üçün vergi faizlərinin aşağı olması əsas faktorlardan sayılmır. Ölkədə digər faktorlar da, təlabatı ödəməlidir. Bunlar hansılardı?

Yüksək ixtisaslı kadırların olması


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Azərbaycanda əgər yüksək ixtisaslı kadırlar çoxdursa və bu da xarici investorun işinə yarayırsa o halda, o öz ölkəsindən kadır gətirib əlavə bunun üçün yüksək əmək haqqı ödəməyə ehtiyacı qalmayacaq. Bəs bu halda xarici investor nə qazanır? Xarici investor bir başa işə başlayır. Əlavə yüksək vergi ödəmir. İşçilərin saxlanması (İşçinin aylıq kirayə haqqını, ezamiyyə xərcini və sair xərc) və yüksək sığorta xərcindən azad olunur.

İnfrastruktur

Ölkədə nəqliyyatın infrastrukturunun, rabitə əlaqələri, enerji təhcizatının yüksək səviyyədə olması.

Qanunun aliliyinin qorunması

Ölkəyə investorların cəlb edilməsi həm də, orada olan məhkəmələr, notariuslar, hüquq-mühafizə orqanlarının ədalət çarçısı olmalıdır ki, investor öz işinin obyektiv görülməsində tam əmin olsun.

Valyuta bazarı             

Ölkədə xarici valyutanın məzənnəsi də, xarici investorların ölkəyə cəlb edilməsi üçün faktorlardan biridir. Yəni ölkənin valyutasının gücü onun həm də iqtisadiyyatının hansı səviyyəsində olması faktorlarından biridir.

Bankların durumu

Bankların durumu da investorların ölkəyə cəlb edilməsi faktorlarından biridir. Çünki burada pul köçürmələri və sair bank işləri etibarlı olamalıdır ki, investor bu baxımdan tərəddüd etməsin.

Dövlət təminatı

Dövlətin təminatı da əsas şərtlərdəndir. Əgər dövlət təminatı varsa o halda, investorlar cəlb etmək olar. Amma bir məsələ var ki, bəzən də, təminatı digər dövlət verir. Misal üçün Çində ABŞ investorlarlarının Çinə cəlb etmək üçün, Çində ABŞ-a məxsus firma tərəfindən təminat verilir. Yəni məsuliyyəti ABŞ daşıyır.

İqtisadçı-ekspert, Rauf Qarayev