6 C
Baku
Monday, December 16, 2024

Vergi güzəşti tətbiq edilən hibrid avtomobilllərinin xaricdən alışı artmaqdansa, azalır

Azərbaycana hökumət tərəfindən cari ildən stimullaşdırıcı güzəştlər olsa da, bu il xaricdən idxal etdiyi hibrid mühərrikli minik avtomobillərinin sayı azalıb.

Bu barədə Banker.az-a Dövlət Gömrük Komitəsindən məlumat daxil olub.

Ötən il hökumət tərəfindən  istehsalı 3 ildən və mühərrikinin həcmi 2 500 kub- sm-dan çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilmişdi.

Gömrükdən daxil olan rəsmi göstəricilərə görə, Azərbaycan 2022-ci ilin ilk 10 ayı ərzində 9 770 hibrid mühərrikli minik avtomobili idxal edib. Bu rəqəm 2021-ci ilin eyni dövründən 263 ədəd, yaxud 3 faiz aşağı göstəricidir. Lakin, miqdar baxımından aşağı göstərici qeydə alınsa da, idxal dəyəri baxımından artıb. 9 770 hibrid avtomobilinin idxal dəyəri $119.75 milyon təşkil edib. Bu ötən ilin analoji dövründə $61.06 milyon idi.

Eyni ilə vergi güzəşti tətbiq edilən elektro-avtomobillərin sayında da kəmiyyət baxımından gözəçarpan yüksəliş yoxdur. Ötən ilin 10 ayı ərzində ölkəyə 106 e-car idxal edilib, bu isə cari ilin eyni dövründə 368 ədəd təşkil edib.

Son xəbərlər
Digər xəbərlər