Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (əvvəlki Vergilər Nazirliyi) üzrə dövlət büdcəsndən gələn il üçün ayrılmış xərclərin həcmi 47,14 mln. manat təşkil edəcək.
Banker.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanununun tətbiqi ilə bağlı bir sıra məsələrlə barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Qeyd edək ki, 2019-cu il üzrə dövlət büdcəsindən Vergilər Nazirliyinə 24,43 mln. manat vəsait ayrılmışdı. Builki xərclər isə 98% daha çoxdur.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanınına əsasən Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilib.