Vergi Məcəlləsinə edilən dəyişikliklər nədən ibarətdir – Ekspertdən izah

FOTO: Sputnik Azərbaycan

Vergi Məcəlləsində edilən dəyişikliklər

V hissə


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Əvvəl

Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura  ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;

13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron- qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;

Maddə 16. Vergi ödəyicisinin vəzifələri

16.1.11-7. pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura təqdim etmək;

Təklif edilən dəyişiklik

13.2.62-ci maddədən “və ya elektron vergi hesab-fakturası” sözləri çıxarılsın;

13.2.63-cü maddədən “və ya elektron vergi hesab-faktura” sözləri çıxarılsın;

16.1.11-7-ci maddədən “və ya elektron vergi hesab-faktura” sözləri çıxarılsın;

Məqsəd

Tərtib baxımdan eynilik təşkil etdiyinə görə və vergi ödəyicinin işini daha da rahatlaşdırılıması üçün atılan addımdır. Bundan sonra ƏDV və qaimə faktura vahid bir sənəd üzərində olacaq. Vergi ödəyiciləri bu sənəd yəni qaimə faktura üzərindən vahid formada öz işlərini həyata keçirəcəklər.

İqtisadçı-ekspert Rauf Qarayev.