Vergi Məcəlləsində banklar üçün yenilik

0

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər qüvvəyə minərsə Banklar hər ay bitdikdən sonra ƏDV ödəyicilərinin bank hesabları ilə aparılan əməliyyatlar barədə xüsusi formada (yəqin ki, vergi orqanına) məlumat təqdim etməlidirlər.

Banker.az xəbər verir ki, bu barədə vergi eksperti Vəli Əliyev bildirib. Onun sözlərinə görə, məcəlləyə bu dəfəki dəyişikliklərdə aşağıdakı əlavə təklif edilir:


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

76.1-1-ci maddə əlavə edilsin:

“76.1-1. Bu Məcəllənin 76.1-ci maddəsinin müddəalarından asılı olmayaraq ƏDV qeydiyyatında olan vergi ödəyicisinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatlar banklar tərəfindən hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir”.