Vergi Məcəlləsində dəyişiklik edildi

0

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1.1-ci maddəsinə uyğun olaraq əldə olunan vəsaitin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesablarına köçürülən hissəsi aşağıdakı kimi müəyyən edilsin:

2.1. 2019-2022-ci illər üçün – 100 faizi;

2.2. 2023-cü il və növbəti illər üçün – 50 faizi.

3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 152, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bənddə “22-1.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 23.1.15-4-cü maddəsində” sözləri “22-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 22-1.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 22-1.3-cü (hər üç halda), 23.1.15-4-cü maddələrində” sözləri ilə əvəz edilsin;

3.2. 1.1-2-ci bənddə “(ikinci halda)” sözləri “(üçüncü halda)” sözləri ilə əvəz edilsin;

3.3. 1.1-8-ci bəndə “həmin Məcəllənin” sözlərindən sonra “22-1.3-cü (ikinci halda),” sözləri əlavə edilsin;

3.4. aşağıdakı məzmunda 1.1-9-cu bənd əlavə edilsin:

“1.1-9. həmin Məcəllənin 22-1.3-cü maddəsində (birinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur.”.

4. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 762, №11, maddə 2023, № 12 (I kitab), maddə 2343; 2018, № 6, maddə 1235, № 9, maddə 1842, № 12 (I kitab), maddələr 2555, 2603; 2019, № 1, maddə 95, № 3, maddə 435, № 4, maddə 645; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 iyun tarixli 753 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.2-ci bənddə “50 faizi” sözləri “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hissəsi” sözləri ilə əvəz edilsin;

4.2. 2.2.2-ci yarımbənddə “43 faiz” sözləri “bu Fərmanın 2.2.1-ci və 2.2.1-1-ci yarımbəndləri nəzərə alınmaqla, qalan hissəsi” sözləri ilə əvəz edilsin;

4.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 2.1-ci bəndinə “Xüsusi vəsait” sözlərindən sonra “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1.3-cü maddəsinə əsasən, habelə” sözləri əlavə edilsin;

4.4. həmin Qaydaya Əlavənin “Qanunda nəzərdə tutulmuş mənbələr hesabına formalaşan və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xüsusi xəzinə hesabına köçürülən vəsait barədə məlumat” cədvəlinə aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

2-1.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin  

22-1.3-cü maddəsinə əsasən köçürülən vəsait

 

 

 

 

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2019-cu il.


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1551-VQD nömrəli, 9 aprel tarixli 1559-VQD və 1562-VQD nömrəli, 3 may tarixli 1575-VQD və 1584-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 22-1.1-ci maddədə “50 faizi” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hissəsi” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 22-1.3-cü maddə əlavə edilsin:

“22-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 22-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına gəlirlərinin faktiki daxilolmalarının məbləği büdcə sistemi haqqında qanunvericilikdə nəzərdə tutulan qaydada proqnozlaşdırılan gəlirlərinin məbləğindən az olduqda, bu fərq hər il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunu ilə təsdiq edilən dövlət büdcəsinin gəlirləri üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan artıq daxil olan vəsait (neft-qaz sahəsində fəaliyyət göstərən vergiödəyiciləri (podratçılar), “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələri üzrə daxilolmalar, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin onların sərəncamında saxlanılan və istifadəsinə verilən hissəsi istisna olmaqla) hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.”.

1.3. 102.1.14.15-ci maddəyə “hərbi qulluqçulara” sözlərindən sonra “, hakimlərə” sözü əlavə edilsin;

1.4. 102.1.17-ci maddədən “və hakimlərə” sözləri çıxarılsın.

Maddə 2. Qanunun qüvvəyə minməsi

2.1. Bu Qanunun 1.1-ci və 1.2-ci maddələri 2019-cu il yanvarın 1-dən tətbiq edilir.

2.2. Bu Qanunun 1.3-cü və 1.4-cü maddələri 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2019-cu il.