18 C
Baku
Çərşənbə, May 25, 2022

Vergi Məcəlləsindəki dəyişikliklərlə bağlı vergi ödəyiciləri ilə görüş keçiriləcək

2022-ci ilin yanvar ayı ərzində Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturları tərəfindən müxtəlif kateqoriyalara aid vergi ödəyicilərinin iştirakı ilə 41 görüş keçirilib. Bundan əlavə, DVX-nin Vergi ödəyicilərinə xidmət baş idarəsi tərəfindən vergi ödəyicilərinin iştirakı ilə Zoom platforması üzərindən onlayn görüşlər təşkil olunub, qanunvericliyə edilmiş dəyişikliklərlə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq izahlar verilib.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, qeyd edilən tədbirlərin davamı olaraq 08.02.2022-ci il saat 15:00-da vergi ödəyicilərinin iştirakı ilə Zoom platforması üzərindən 100 vergi ödəyicisinin iştirakı ilə növbəti onlayn görüşün keçirilməsi nəzərdə tutulur. Görüşdə iştirak etmək istəyən vergi ödəyiciləri aşağıdakı linklər vasitəsi ilə 08.02.2021-ci il saat 14:30-a qədər görüşə yazıla bilərlər:

Web üzərindən yazılma üçün: https://fxo.io/m/tigers-incredible-1202

Telegram üzərindən yazılma üçün: DVX Bot

Son xəbərlər
Oxşar xəbərlər