Vergi Məcəlləsindən kənarda qalan problemlərdən biri

0
Rauf Qarayev

Kənarda qalan problemlərdən biri də müddətlə bağlıdır. Bir çox mühasiblərin şikayəti də budur. Misal üçün 28 dekabr 2018-ci il tarixində mal təqdim edilib və Elektron Vergi Hesab Faktura yazılıb. Yanvarın 20 sonuncu hesabat günüdür. Ödəniş isə olunmayıb. Onun hansı müddətdə olunacağı da sual altındadır. Burada 30 gün də tamam olmayıb. Hesabatın verilməsi tələb olunsa da, vergi tutulan əməliyyatın vaxtı qeyri müəyyəndir. Burada əməliyyat  EVHF təqdim edildiyi aya aiddir yoxsa yanvar ayına?

Bundan əlavə elektron qaimə ilə, EVHF bu prosesdə bir yerdə olması da, problem yaradır. Ola bilər Vergilər Nazirliyinin səlahiyyətli şəxsləri üçün bu su içmək kimi görünür, amma nəticə olaraq bu praktikada mühasiblərə problem yaradır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

İqtisadçı – ekspert Rauf Qarayev