26 C
Baku
Saturday, June 21, 2025

Vergi Məcəlləsinə dəyişiklik edilir

Vergi ödəyicisi olduğu və ya yaşadığı yeri dəyişdikdə vergi orqanına bununla bağlı 15 gün müddətində ərizə verməlidir.

zügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, vergi ödəyicisinin olduğu və ya yaşadığı yer dəyişdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün müddətində ərizə verməlidir. Vergi orqanı isə həmin müddətdə şəxsin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.

Həmçinin sənəddə qeyd olunub ki, vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə dəyişiklik baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat təqdim olunmalıdır.

Mövcud qanunvericiliyə görə, vergi ödəyicisi yaşadığı və olduğu yeri dəyişdikdə, həmçinin uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə həmin gündən 40 gün ərzində vergi orqanına məlumat verməlidir.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər