9 C
Baku
Monday, December 23, 2024

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas mahiyyəti açıqlanıb

Azərbaycanda Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər arasında dövlət-özəl sektor tərəfdaşlığı ilə həyata keçirilən layihələrə uzunmüddətli vergi güzəştlərinin tətbiqi xüsusi qeyd olunmalıdır.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Bu təşviqlər investisiya qoyuluşunu stimullaşdırmaqla yanaşı, həm də uzunmüddətli dövrdə dövlətin maliyyə yükünün azaldılmasına, istehlakçılar üçün tariflərin aşağı salınmasına, eləcə də daxili istehsalın dəstəklənməsinə yönəlib. Söhbət avtomobil və avtobus istehsalının stimullaşdırılmasından, eyni zamanda “yaşıl iqtisadiyyat”ın təşviq edilməsindən gedir. Maliyyə bazarlarının genişləndirilməsi, habelə film sektoru kimi sosial sahələrin inkişafı üçün təşviqlərin verilməsi nəzərdə tutulur”, – deyə o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Vergi Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsinin qəbulu ölkəyə investisiya axınına, əlavə iş yerlərinin yaradılmasına, mikro sahibkarların fəaliyyətinin dəstəklənməsinə, azgəlirli mikrosahibkarın vergi yükünün optimallaşdırılmasına, avtomobil sənayesinin canlandırılmasına və müxtəlif sahələrdə təşviqedici vergi siyasətinin həyata keçirilməsinə səbəb olacaq: “Təklif edilən paket ölkənin investisiya mühitinin təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb edilən özəl investisiyaların dəstəklənməsinə, birbaşa xarici investisiyaların artırılmasına, o cmülədən dövlət-özəl tərəfdaşlığı layihələri və dövlətin satınalma öhdəliyi ilə özəl sektor tərəfindən həyaata keçirilən elektrik enerjisi istehsalı layihələrinin dəstəklənməsinə töhfə verəcək”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər