Azərbaycan Respublikasının Vergi Məcəlləsində olan dəyişiklikləri ölkədəki istehlak və ipoteka kreditlərinə də təsirsiz ötüşməyəcək.
Mənbənin sualını cavablandırarkən iqtisadçı ekspert Elman Sadıqov qeyd edib ki, vöenlə işləyən və sadələşmiş vergi ödəyicilərinin daimi işlədikləri yerlərdə qeydiyyata alınması bank sektorunu da canlandıracaq.
Ekspertin sözlərinə görə, hər hansı dəqiq məlumat demək bir qədər çətindir , çünki əlimizdə dəqiq statistika yoxdur. Nə qədər insan xidməti müqavilə ilə işləyir? İkinci məslə isə onlar xidməti müqavilə üzrə nə qədər əmək haqqı alırdılar və rəsmiləşəndən sonra nə qədər əmək haqqı alacaqlar?Dəqiq statistik məlumatlar olandan sonra dəqiq bir fikir yürütmək olar-deyə ekspert qeyd edib.
Amma ümumilikdə insanlaın vöendən ştat işçisi kimi işləməyə başlaması şübhəsiz ki, kreditləşməyə öz müsbət təsirinigöstərəcək. Çünki rəsmi işləyən, əməkhaqqı kartı və arayışı olan şəxs kredit almağa daha yaxındır. Çünki bu insanlar lazımı sənədlər təqdim edə bilirlər. Bu sənədlər bank əməkdaşlarının daha obyektiv analiz aparmasına şərait yaradır.
Fins.az