30 C
Baku
Thursday, June 30, 2022

Vergi mübahisələrinin həllinin möhkəmləndirilməsi layihəsi başa çatıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avropa İttifaqının dəstəyi ilə reallaşdırdığı “Vergi mübahisələrinin həlli sisteminin möhkəmləndirilməsi” texniki yardım layihəsi başa çatıb.

Bu barədə quruma istinadən xəbər verilir.

Ötən ilin noyabr ayında start verilən və bir illik müddəti əhatə edən layihə Dövlət Vergi Xidmətində vergi mübahisələrinin həll olunması sisteminin hüquqi və institusional çərçivədə gücləndirilməsi, vergi xidməti əməkdaşlarının mübahisələrin həlli istiqamətində bilik və bacarıqlarının artırılması, vergi mübahisələri ilə bağlı aidiyyəti tərəflərin, həmçinin ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması üzrə kommunikasiya proqramı kimi komponentləri əhatə edib. Layihəni Niderlandın “ECORYS” şirkətinin başçılıq etdiyi konsorsium həyata keçirib.

Layihə Dövlət Vergi Xidmətinə onun vergi mübahisələrinin həlli məsələlərinin yaxşılaşdırılması və bu funksiyanın effektivliyini artırmaq üçün zəruri olan proseslərin inkişaf etdirilməsi üzrə atılan addımlara dəstək məqsədi daşıyıb. Onun əsas məqsədi vergi ödəyicilərini narahat edən məsələlərin düzgün və zamanında həllinin təmin edilməsi üçün DVX-nin hüquqi, institusional və insan potensialının gücləndirilməsinə dair görüləcək tədbirlər vasitəsi ilə Azərbaycanın vergi mübahisələrinin həlli sisteminin yenidən qurulmasına töhvə vermək olub.

Son xəbərlər
Oxşar xəbərlər