8 C
Baku
Monday, December 22, 2025

Vergi Nazirliyin bu səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyinə verildi

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 14.9-cu bəndində “Vergilər Nazirliyinə,” sözlərindən sonra “Qida Təhlükəsizliyi Agentliyinə,” sözləri əlavə edilsin.

Qeyd edək ki, bundan əvvəl bu maddədə, Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Dövlət Statistika Komitəsinə və Mərkəzi Banka müəyyən edilmiş formada məlumat xarici ticarətin gömrük statistikasının məlumatlarını verilirdi.

Son xəbərlər
Digər xəbərlər