8 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

Vergi ödəyicilərinin ödədiyi 66 min manat pul vəsaiti Dövlət Vergi Xidmətinə ödənilməyib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsinin məhkəməsi başlayır.

Banker.az xəbər verir ki, bu barədəBaş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Əbdürəhimov Mahir Şahbaz oğlu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyərkən müxtəlif ünvanlarda şəxsən və qeyriləri vasitəsi ilə ümumilikdə 393 nəfərdən ibarət ayrı-ayrı vergi ödəyicilərinin ödənişlərini onların adından daha sürətli və ödəyicilər üçün rahat şəkildə dövlət büdcəsinə ödəyəcəyini bildirməklə aldığı cəmi 820 min manat təşkil edən pul vəsaitlərini büdcəyə ödəmədən şəxsi ehtiyaclarına sərf edib.

Bundan başqa, Mahir Əbdürəhimovun həmin vəzifədə işləyərkən öz xidməti vəzifəsini lazimi qaydada yerinə yetirməməklə etdiyi səhlənkarlıq nəticəsində 62 nəfər ayrı-ayrı vergi ödəyicilərinin vergi qismində ödədiyi ümumilikdə 66 min manat pul vəsaiti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ödənilməyib.

Həmçinin, o, həmin vəzifədə işləyərkən qeyd edilən mənimsəmə və digər qanunsuz əməllərini gizlətmək məqsədilə həmin ödənişlərin qeydiyyatının aparıldığı qurumdaxili informasiya resursu hesab olunan proqram təminatında guya nöqsanların olması görüntüsü yaratmaqla ümumilikdə 187 min manat məbləğində pul vəsaitini digər şəxslərin adından edilən ödəniş kimi göstərməklə düzəlişlər aparıb.

Qeyd edilən qanunsuz əməlləri ilə Mahir Əbdürəhimov üçün məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai istintaq zamanı vurulmuş maddi ziyandan 271 min manatının ödənilməsi təmin edilib.

Son xəbərlər
Oxşar xəbərlər