3 C
Baku
Saturday, February 24, 2024

Vergi ödəyicisi sadələşdirilmiş vergi metodunu necə seçir?

ƏDV ödəyicisi olmayan mənfəət və ya gəlir vergisinin ödəyicisi hansı halda sadələşdirilmiş vergi ödəyicisi ola bilər?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 218.1-ci maddəsi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olan şəxslərin dairəsini müəyyən edir.

Vergi Məcəlləsinin 218.2-ci maddəsində göstərilib ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (Vergi Məcəlləsinin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir.

Əsas: Vergi Məcəlləsinin 218-ci maddəsi.

Son xəbərlər
Digər xəbərlər