9 C
Baku
Thursday, December 12, 2024

Vergi ödənişləri ilə bağlı yenilik tətbiq edilib

“Vergi və digər büdcə daxilolmalarının internet vasitəsi ilə ödənilməsi” elektron xidməti təkmilləşdirilib.

Dövlət Vergi Xidmətindən verilən məlumatda əsasən, bu elektron xidmət vergi ödəyiciləri tərəfindən vergi və digər büdcə daxilolmalarının müasir ödəniş mexanizmlərindən istifadə edərək elektron formada ödənilməsini əhatə edir.

Belə ki, Hökumət Ödəniş Portalı infrastrukturunun optimallaşdırılması nəticəsində vergi və digər büdcə daxilolmaları ilə yanaşı məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları üzrə ödənişlərinin də vahid xidmət vasitəsilə (Dövlət Vergi Xidməti) eyni anda elektron qaydada bir pəncərə üzərindən həyata keçirilməsi mümkündür.

Son xəbərlər
Digər xəbərlər