11 C
Baku
Tuesday, November 26, 2024

Vergi ödəyiciləri bu bəyannamələri 20 sentyabrdan gec olmayaraq təqdim etməlidirlər

Dövlət Vergi Xidməti vergi ödəyicilərinə müraciət edib.

Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, 2022-ci ilin avqust ayı üzrə aşağıdakı bəyannamələr 20 sentyabr 2022-ci il tarixdən gec olmayaraq təqdim olunmalıdır:

  • Gəlir vergisi (Xüsusi notariuslar üzrə),
  • Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə),
  • Əlavə dəyər vergisi,
  • Aksiz vergisi,
  • Yol vergisi,
  • Mədən vergisi,
  • Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə),
  • Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə).

Qeyd olunan bəyannamələr vaxtında təqdim olunmadığı halda vergi ödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər