Cari il yarısında dövlət büdcəsinə vergi borcları 1 mlrd. 118,129 mln. manat təşkil edib ki, bu da ilk yarımillikdə 5,1% artıb.
Banker.az büdcə materiallarına əsasən bildiri ki, 2018-ci il iyulun 1-nə vergi borclarının strukturunda 845 mln. 46,2 min manat əsas borcun payına düşüb.
1 iyul tarixinə maliyyə sanksiyaları ilə əlaqədar borcun məbləği 141 mln. 915,5 min manat (azalma 2,7%, cərimələr üzrə isə 131 mln. 167,3 min manat (artım 77,3%) təşkil edir.
Cari ilin I yarısında dövlət şirkətlərinin əsas borcu 166 mln. 244,8 min manatadək, özəl şirkətlərin əsas borcu 717 mln. 124,5 min manatadək artıb.
Neft sektorunda fəaliyyət göstərən şirkətlərin vergi borcu 3,1%, qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərin vergi borcu isə 96,9% təşkil edir.
İyul ayının 1-nə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 mlrd. 446,192 mln. manat artıq vergi (I yarımillikdə azalma 3,9%) ödənilib ki, bu da vergi ödəyicilərinin dövlət büdcəsinə olan vergi borcundan 2,2 dəfə çoxdur.
Vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş vəsaitlərin 54,8%-i özəl sektorun, 19,9%-i dövlət şirkətlərinin, 17,2%-i xarici şirkətlərin, 8,1%-i digər vergi ödəyicilərinin payına düşür. Bu vəsaitlərin 6,2%-i neft sektorunda fəaliyyət göstərən şirkətlər tərəfindən ödənilib.