12 C
Baku
Saturday, November 23, 2024

Vergi ödəyiciləri vergi ödəyicisi olmayan fiziki şəxslərdən hansı malları nağd qaydada satın ala bilər?

Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər? Banker.az Dövlət Vergi Xidmətinə istinadən həmin malların siyahısını təqdim edir:

  • kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
  •  əlvan və qara metal qırıntılarının qəbulu;
  •  utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
  •  utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;
  • xam dərinin tədarükü (alışı).

Əsaslandırma: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsi.

Son xəbərlər
Digər xəbərlər