13 C
Baku
Saturday, November 23, 2024

Vergi ödəyiciləri vergi sahəsində nədən çox şikayətlənirlər?

Vergi ödəyiciləri vergi sahəsində nədən çox şikayətlənirlər? Belə bir sualla sorğu keçirildi. Məlum oldu ki, vergi sahəsində yeniliklər olsa da amma müəyyən problemlər hələ də mövcuddu. Apardığım sorğunun nəticələrinin bir hissəsini sizlərə təqdim edirəm.

Fərid Əliyev: Kiçiksahibkarlıq subyektləri 60-70 faizi işçiləri ilə müqavilə bağlamır, bu da gəlirlərin gizlədilməsi deməkdir. Buna isə tədbir, lazımı səviyyədə görülmür. Operativ nəzarət və kadr siyasəti vergi orqanında zəif təşkil olunub

Toğrul Əliyev: Kameral hesablayır , sərəncam qoyur, lakin dəqiqləşmiş verilir, azalma olunur amma icra olunmur. 30 günü gözləmək lazımdır ki, dəqiqləşmiş hesabata baxılıb, azalma versinlər. Səhvən cari arayışda mikro kimi yazıldığı halda nəzərə alınmayıb əlavə hesablama yaradıb , sonradan məktub yazılıb azalma verilib lakin artıq tutduğu vəsaiti artıq ödəmə kimi qalıb şəxsi vərəqədə, almaq üçün ancaq məhkəməyə müraciət etmək lazımdır. Ümumiyyetlə 30 günü yığışdırmaq lazımdır.

Rəhim Əliyev: İş yerlərində monitorinqlər aparılmır.

Sahib Məmmədov: Nə qədər ki, icraat haqqında qanunun tələbləri yerinə yetirilmir, problem daimi olacaq.

Asif Yusifov: Son gündə Lerikdə olan hadisə onu göstərdi ki, hələ də vergi orqanında problemlər mövcuddu.

Aydın Hacıyev: Vergilər Nazirliyi kadr siyasətində yeniliyə imza atdı. Birbaşa müsahibə amma bu effekt vermədi. Səbəb orqanın özündədir. İştirak edənlərə nədə səhvlər edildiyi ilə bağlı şikayətlərinə rəsmi məlumat verilmədi. Yəqin ki, bu “ayın görünməyən” hissəsi ilə bağlıdır.

Əli Hümbətov: Bir çox obyektlərdə kassa çeki verilmir. Vergilər Nazirliyi isə bu məsələyə ciddi yanaşmır. Dəfələrlə bununla bağlı şikayətlər olur, sanki birinci araşdırırlar kimin obyektidi, yüksək vəzifəli şəxsin olduğda ümumiyyətlə bu məsələdən yan keçirlər. Bundan əlavə Vergi Məclləsinin 50.8 maddəsinin tələbləri yerinə yetirilmir. Bu da onu göstərir ki, ölkədə verilən çeklər qanunun tələblərinə uyğun deyil, yəni saxtadı. Maddənin yerinə yetirilməməsinin səbəbi VN  işlək mexanizminin ortaya qoymamasıdır.

Həsən Güləliyev: Vergilər Nazirliyinin şöbələrinə zəng etdikdə ötür-ötür gedir. Misal olaraq bir şöbədən nəsə soruşanda deyir biz baxmırıq. Kim bu məsələyə baxır? Deyir fılan şöbə, nömrəni soruşduqda 195 zəng et deyir. Elə hallar olur ki, zəng edirsən cavab vermirlər. Nəticədə gəlib görürsən ki, telefonu qoyublar kənara, buna görə də, zənglərə cavab verilmir. Belə hala Bakı şəhər Lokal Vergilər Departamentində rast gəlmişəm.

Ramil Abbas: Bir də görürsən kurator zəng edir: Proqnoz veririk, nə qədər vəsat köçürə bilərsən?

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər