6 C
Baku
Sunday, December 15, 2024

Vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyəti artırılacaq

Vergi ödəyicilərinə xidmət sahəsində aparılmış dəyişikliklər vergi ödəyicilərinə xidmətin keyfiyyətinin artırılması, mütərəqqi təcrübəyə əsaslanan yeni xidmətlərin təşkili, mövcud elektron və ünvanlı xidmətlər sisteminin inkişaf etdirilməsi məqsədini daşıyır.

Vergilər Nazirliyindən verilən xəbər görə, bu gün Vergilər Nazirliyi göstərdiyi elektron xidmətlərin sayına görə öndə gedən dövlət qurumu olmasına baxmayaraq, yeni rəqəmsal sistemlərinin yaradılması ilə əlaqədar vergi ödəyicilərinə xidmət sahəsində yeni hədəflər müəyyən edilir.

Göstərilən xidmətlərin keyfiyyətinin və xidmət kanallarının, elektron xidmət istifadəçilərinin sayının artırılması, vergi ödəyiciləri üçün daha əlçatan və az vaxt itkisinə yol verən yeni xidmətlərin istifadəyə verilməsi, eləcə də xidmətlərin keyfiyyətinin ölçülməsi sahəsində yeni addımların atılması nəzərdə tutulur.

Bu gün Vergilər Nazirliyi təkcə vergi nəzarətini həyata keçirən orqan deyil, Nazirlik həm də çox saylı elektron xidmətləri və respublikanı əhatə edən xidmət mərkəzləri ilə vergi ödəyicilərinə, vətəndaşlara xidmət göstərən dövlət qurumdur. Nazirliyin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentinin baş direktoru Nigar Alimovanın sözlərinə görə, bu dəyişikliklə xidmət mərkəzlərinin işinin keyfiyyətini ölçmək və işin nə dərəcədə səmərəli və düzgün qurulduğunu dəyərləndirmək nəzərdə tutulur. Bu gün Nazirlik olaraq qarşıya qoyulmuş məqsədlərdən biri könüllü əməletməyə keçiddir. Bu baxımdan xidmət strukturlarının qarşısında verginin fəlsəfəsinin vergi ödəyicilərinə düzgün çatdırılması kimi vacib vəzifə dayanır.

Bununla yanaşı, ölkədə vergi mədəniyyətinin yüksəldilməsində xidmət strukturlarının böyük rolu vardır. Bu işdə xidmət strukturlarının üzərinə böyük iş düşür. Bu baxımdan, xidmət sahəsinə fokuslanaraq burada mövcud olan məsələlərin həlli nəzərdə tutulur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər