Vergilər Nazirliyinin Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 56 ünvanında yerləşən Vergi Ödəyicilərinə Xidmət Mərkəzi fevralın 25-dən yeni ünvanda fəaliyyət göstərəcək.
Bu barədə nazirliyə istinadən xəbər verilir.
Məlumata görə, xidmət mərkəzi Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 44 ünvanına (“Nəriman Nərimanov” metrostansiyasının yanı) köçüb.