Vergi ödəyiciləri onlara göstərilən xidmətlərdən istifadə etmək üçün onlayn növbəyə yazılmadan xidmət mərkəzlərinə gedə biləcəklər.
Banker.az Dövlət Vergi Xidətinə istinadən xəbər verir ki, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş Qərar nəzərə alınmaqla 09.03.2022-ci il tarixdən etibarən vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərdən mərkəzlərin iş rejimi (https://www.taxes.gov.az/az/page/xidmet-merkezleri internet ünvanı üzrə tanış ola bilərsiniz) nəzərə alınmaqla onlayn növbəyə yazılmadan istifadə etmək mümkündür.