12 C
Baku
Saturday, November 23, 2024

Vergi ödəyicisi ödəniş tapşırığında hansı məlumatları göstərməlidir?

Vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə aşağıdakı məlumatlar göstərilməlidir:

  • vergi ödəyicisi tərəfindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış mallar (işlər, xidmətlər) üzrə – elektron qaimə-fakturanın seriya və nömrəsi;
  • təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə – tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi;
  • xarici ticarət fəaliyyəti üzrə – yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab faktura (invoys) sənədinin tarixi və nömrəsi;
  • borc ödəmələri üzrə – təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi;
  •  avans ödəmələri üzrə – təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilənin və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edilən məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 16.11-ci və 57.7-ci maddələri

Son xəbərlər
Digər xəbərlər