2 C
Baku
Thursday, February 27, 2025

Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə uçota alınması və yenidən uçota alınması qaydası

Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) onun qeydiyyatda olduğu ünvandan kənarda yerləşirsə, həmin təsərrüfat subyekti ayrıca uçota alınmalıdır. Bu halda vergi ödəyicisi təsərrüfat subyektinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır.

Banker.az xəbər verir ki, bu qaydaları “vergiler.az”a “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə aparıcı mütəxəssisi Nahid İbrahim izah edir:

Əgər vergi ödəyicisinin iki və ya daha çox təsərrüfat subyekti (obyekti) varsa, bnu halda o, iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. İqtisadi maraqlar mərkəzi, adətən, vergi ödəyicisinin əsas idarəetmə funksiyalarının həyata keçirildiyi və ya əsas gəlir mənbələrinin cəmləşdiyi yer kimi müəyyən edilir.

Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinin tətbiqini daha yaxşı anlamaq üçün aşağıdakı misalları nəzərdən keçirək.

Tək təsərrüfat subyekti

Misal 1: “NN” MMC Şəki şəhərində qeydiyyatdan keçib və əsas ofisi də orada yerləşir. Şirkət Masallı şəhərində yeni bir mağaza açır. Bu halda “NN” MMC-nin Masallıdakı mağazası təsərrüfat subyekti sayılır və Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə əsasən, həmin mağaza Masallı şəhərində ayrıca uçota alınmalıdır.

İki və ya daha çox təsərrüfat subyekti

Misal 2: “N-1” ASC Bakı şəhərində qeydiyyatdan keçib və əsas ofisi də orada yerləşir. Şirkət həm Şəki, həm də Masallı şəhərlərində filiallar açır. Bu halda ASC-nin iki təsərrüfat subyekti olduğundan, Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə əsasən, şirkət iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınmalıdır. Əgər şirkətin əsas idarəetmə funksiyaları və ya əsas gəlir mənbələri Bakı şəhərində cəmlənibsə, o zaman Bakı şəhəri iqtisadi maraqlar mərkəzi hesab olunur və şirkət həmin ünvan üzrə yenidən uçota alınır.

Bu tələblər vergi orqanlarının vergi ödəyicilərinin fəaliyyətini daha dəqiq izləməsinə və nəzarət etməsinə şərait yaradır. Vergi ödəyiciləri isə uçot prosedurlarına ciddi riayət etməli və müvafiq məlumatları qanunvericiliyin tələblərinə uyğun olaraq, vaxtında təqdim etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər