15 C
Baku
Sunday, November 24, 2024

Vergi ombudsmanı nədir?

Ombudsman – İsveç mənşəli sözdür. Mənası agent və ya sədr deməkdir. Parlament tərəfindən insan hüquq və azadlıqlarının müdafiəçisi kimi səlahiyyət verilən, dövlət funksiyalarının daşıyıcısı olan vəzifəli şəxslərin üzərində birbaşa parlament nəzarətini həyata keçirən, lakin onlar tərəfindən qəbul edilmiş qərarları dəyişdirmək hüququ olmayan, etibarlı və layiqli vəzifəli şəxs başa düşülür.

Vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədilə vergilər nazirinin əmri ilə Vergilər Nazirliyində Vergi Ombudsmanı İnstitutu yaradılıb. Vergilər nazirinin müşaviri Elçin Məmmədov vergi ombudsmanı təyin olunub.

Ekspertlər hesab edillər ki, ombudmsanın fəaliyyəti mənasızdır. Səbəb odur ki, ombudsman nazirə tabedir. Yəni müstəqil deyil. Demək müstəqil fikir yürüdüb, nəticəyə təsir edə bilməyəcək. Üstəlik bu ona dəlalət edəcək ki, ombudsman aslı olduğundan məcbur olub Vergilər Nazirliyinin kadırlarından işin xarakterini soruşacaq. Sahibkara qısa müddət ərzində işin həlli istiqaməti lazımdır. Bunu vergi orqanın işçiləri etməlidir. Burada əgər orqanın işçiləri öz vəzifələrini dürüst görsələr, ombudsmana da ehtiyac olmaz. Vergilər Nazirliyinin rəsmiləri qeyd edillər ki, burada maliyyə məsələləri var. Əgər maliyyə məsələləri varsa deməli hər hansı pozuntu da baş verə bilər. Heç kəs bu pozuntudan sığortalanmayıb. Ombudsmanın İnstitutunun yaranması istiqaməti sahibkar üçün xeyriyyə atılan addımdır. Sadəcə zaman lazımdır ki, bu öz təstiqini tapsın.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər