2020-ci il ərzində koronavirus pandemiyasının yaratdığı böhrana rəğmən, Azərbaycanda vergi ödəyicilərinin sayı 24% artıb.
Banker.az xəbər verir ki, bu barədə “Postpandemiya dövründə vergi sistemi” konfransında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 37 yaşlı müvəqqəti rəisi Orxan Nəzərli çıxışında deyib.
O, vergi ödəyicilərinin sayının 1 yanvar 2021-ci il tarixinə 616 420-ə yüksəldiyini bildirib. Bu 2019-cu ildə 496 130 ətrafında idi.
ƏDV ödəyicilərinin sayı isə 24 822-dən, 29 144-ə çatıb.
Son bir ildə isə obyektlərin sayı isə 8.4% artımla 167 032 olmuşdur.







