6 C
Baku
Sunday, December 15, 2024

Vergi Orqanın vergi ödəyicisinə ən azından 550 manata satdığı kassanın hüququ əsası yoxdur

Azərbaycan Respublikasının ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb.

Qeyd olunan proses, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli qərarına əsasən həyata keçirilir.

E-kassa – malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmaların qeydiyyatında istifadə edilən avadanlıqlardır. Məhz bu sistem hesablaşmalar zamanı aparılan əməliyyatlar barədə məlumatların toplanması, emalı, saxlanılması və internet bağlantısı yaranan kimi Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsini real vaxt rejimində təmin edir.

Yeni qaydalara uyğun olaraq hansı növ kassaların istifadəsinə icazə verilir?

Azərbaycan Respublikası ərazisində yalnız dövlət reyestrinə daxil edilmiş e-kassa modellərinin tətbiqinə icazə verilir. Aşağıdakı meyarlara cavab verən e-kassadan əhali ilə hesablaşmaların aparılmasında istifadə edilə bilər:

1) e-kassada aparılan əməliyyatların, çeklərin və onların formalaşma ardıcıllığının etibarlı uçotunu, habelə həmin məlumatların toplanması, emalı, saxlanması və internetə bağlanan kimi Dövlət Vergi Xidmətinə ötürülməsini təmin edən proqram təminatı və əməliyyat sistemləri ilə təchiz edilən;

2) USB portuna malik olan;

3) qanunvericilikdə nəzərdə tutulmuş e-kassa çekini çap etməyə imkan verən müvafiq çap qurğusu ilə təchiz edilən;

4) e-kassa üzrə dəyişdirilməyən zavod və ya seriya nömrəsinə malik olan;

5) internet resurslarına çıxış imkanlarına malik olan.

Nəzarət mexanizmi qurğusu nədir və nə üçün nəzərdə tutulub?

Malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmalar barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsini, həmçinin e-kassa və istifadəçinin autentifikasiyasını təmin edən qurğudur.

Nəzarət mexanizmi qurğusunun dəyişdirilməsi nə zaman həyata keçirilir?

Nəzarət mexanizmi qurğusunun sertifikatı 3 il müddətinə verilir. Həmin müddət bitdikdə və ya qurğu yararsız hala düşdükdə, sertifikat yenisi ilə əvəz edilir.

E-kassa istifadəçisi e-kassa operatoruna nə zaman müraciət etməlidir?

E-kassa istifadəçisi aşağıdakı əsas xidmətlərin təqdim olunması ilə bağlı e-kassa operatoruna müraciət edə bilər: e-kassanın uçota alınması; e-kassanın quraşdırılması; e-kassaya texniki dəstək göstərilməsi; e-kassanın təmiri və əvvəlki e-kassanın yenidən istismara verildiyi ana qədər müvəqqəti e-kassanın istifadə üçün təqdim olunması; e-kassanın uçotdan çıxarılması.

E-kassanı haradan almaq olar?

Vergi Orqanın məlumatına və e-kassa.gov.az saytında qoyduğu məlumata əsasən aşağıdakı təşkilatlar qanunvericiliyə əsasən bu kassaların satışı ilə məşğuldu.

“Az Smart” MMC

Azərbaycan, Bakı, İzmir küçəsi 23, İzmir Plaza

+99412 538 98 42

www.azsmart.az

[email protected]

“NBA Technologies International” MMC

Azərbaycan, Bakı, Ələddin Quliyev küçəsi 11/30

+99412 464 89 22; +99477 402 03 53

www.nbatech.az

[email protected]

“CASPOS” MMC

Azərbaycan, Bakı, Cəfər Xəndan küçəsi 50

+99412 173; +99455 418 33 11; +99455 418 33 01

www.caspos.az

[email protected]

“OMNITECH” MMC

Azərbaycan, Bakı, Murtuza Muxtarov küçəsi 188/33

+99451 207 81 82

www.omnitech.az

[email protected]

POS.AZ” MMC

Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi 1/4

+99412 310 33 55; +99455 414 00 05; +99455 505 86 00

www.pos.az

[email protected]

“DATAPAY” QSC

Azərbaycan, Bakı, Xocalı prospekti 55, AGA Biznes Mərkəzi

+99412 310 57 08

www.datapay.az

[email protected]

Göründüyü kimi Vergi Orqanın vergi ödəyicisinə ən azından 550 manata satdığı elektron kassanın və vergi ödəyicisinin buna məcbur edilməsinin ki, bunu bu qiymətə yalnız bizdən almalısınızın, heç bir hüquqi əsası yoxdur.

İqtisadçı-ekspert Rauf Qarayev.

Son xəbərlər
Digər xəbərlər