Vergi orqanları avqustda daxil olan müraciətlərin 37%-nə mənfi cavab verib

Bu ilin avqust ayında vergi orqanlarına 6 503 müraciət daxil olub.

Bu barədə Vergilər Nazirliyindən bildirilib.

Məlumata görə, bunlardan 94%-i ərizə, 5,8%-i şikayət, 0,2%-isə təklif olub.

Müraciətlərin 37,9%-i müxtəlif arayışların alınması, 29,3%-i kameral vergi yoxlamaları, 6,5%-i vergi borcları, 2,6%-i vergidən yayınma və dividendlərin verilməsi, 1,9%-i səyyar vergi yoxlamaları, 1,1%-i qəbulla bağlı, 1,3%-i nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 0,5%-i işlə təmin edilməklə bağlı, 0,6%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i korrupsiya hüquqpozmaları, 16,1%-i digər məsələlərlə bağlı edilib.

Bütün müraciətlərə vaxtında baxılıb və onların 62,6%-i müsbət həll olunub. Ay ərzində vergi orqanlarında ümumilikdə 303 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Report

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər