Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 mart tarixli 124 nömrəli Qərarı lə təsdiq edilmiş 3 nömrəli əlavədə dəyişiklik edilib.
Banker.az saytı xəbər verir ki, bu barədə qərarı 14 iyun 2019-cu ildə Baş nazir Novruz Məmmədov imzalayıb.
Yeni qərarla, Xidməti otaqları yığışdıran, yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digər xidmət heyətinin aylıq vəzifə maaşı 171 manatdan 180 manata qaldırılıb.
Qeyd edək ki, bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.
Əvvəlki siyahı:
Vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları
Sıra №-si |
Vəzifələrin adı |
Aylıq vəzifə maaşı (manatla) |
1. |
Arxiv müdiri, sürücü |
242 |
2. |
İnspektor (müfəttiş), təsərrüfat və anbar müdiri, operator, katibə-teleqrafçı, dispetçer, komendant, texnik, rabitəçi |
231 |
3. |
Kargüzar, arxivçi, ekspeditor, katibə-makinaçı, katib (katibə) |
226 |
4. |
Kuryer |
220 |
5. |
Xidməti otaqları yığışdıran, yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digər xidmət heyəti |
171 |