23 C
Baku
Saturday, April 20, 2024

Vergi orqanları ticarət obyektlərində hansı halda nəzarət postları qura bilər?  

Ticarət mərkəzində topdansatış ticarət fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən malların alışı Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən aparıldığı hallarda, vergi orqanı hansı tədbirləri həyata keçirə bilər?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdansatışı ilə məşğul olan ticarət obyektlərində, bazarlarda nəzarət postlarının qurulmasını və bu obyektlərə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilməyən, habelə əmtəə-nəqliyyat qaiməsi olmayan malların gətirilməsinin qarşısının alınması səlahiyyətlərini həyata keçirmək vergi orqanlarının hüquqlarına aid edilib.

Məcəlləyə əsasən, vergi orqanı öz səlahiyyətləri çərçivəsində ticarət obyektləri və bazarlarda qeyd olunan halların qarşısının alınması məqsədilə nəzarət postları qura bilər.

 

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər