7 C
Baku
Thursday, December 26, 2024

Vergi orqanlarının vəzifəli şəxslərinin fəaliyyəti ilə bağlı yeni qərar imzalandı

Nazirlər Kabineti “Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması Qaydası”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qayda 12 iyun 2001-ci il tarixli qanunla təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-1-ci maddəsinə əsasən hazırlanıb və vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması qaydasını müəyyən edir.

Qayda vergi orqanlarının vəzifəli şəxslərinə pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanmasına şamil edilmir. Qeyd olunan şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilərkən nəzərə alınan qulluq stajı “Əmək pensiyaları haqqında” qanuna əsasən hesablanır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər