11 C
Baku
Tuesday, November 26, 2024

Vergi sistemində yeni yanaşmaların əsas hədəfləri

İqtisadiyyatın dayanıqlı və davamlı inkişafını təmin etmək məqsədilə vergi siyasəti mütəmadi olaraq liberallaşdırılır 

Banker.az bildirir ki, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərin ölkə iqtisadiyyatının inkişafına təsirləri barədə danışarkən bildirib ki, dövlət başçısının tapşırığı ilə həyata keçirilən dərin iqtisadi islahatların fonunda vergi siyasətində yeni yanaşmalar tətbiq edilir. Bu yanaşmalar, həyata keçirilən islahatlar, ilk növbədə, şəffaflığın təmin olunmasını nəzərdə tutur.

S.Musayeva vergi siyasətində tətbiq edilən yeni yanaşmaların əsas hədəflərini də açıqlayıb. Bu hədəflərə aşağıdakılar daxildir:

  • həm vergi orqanları, həm də vergi ödəyiciləri tərəfindən şəffaflığın təmin olunması;
  • “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması ilə bağlı təhlillərin və makroiqtisadi tədqiqatların aparılması;
  • ən yaxşı beynəlxalq təcrübələr öyrənilməklə vergi yolu ilə “kölgə iqtisadiyyatı”nın azaldılması üzrə təşəbbüslərin irəli sürülməsi;
  • vergi inzibatçılığının effektivliyinin daha da artırılması;
  • vergi nəzarəti tədbirlərinin, insan resurslarından daha optimal istifadə etməklə, az müddətdə və keyfiyyətlə həyata keçirilməsi;
  • vergi yükünün optimallaşdılması;
  • kiçik və orta sahibkarlığın inkişafını təşviq edən mexanizmlərin təkmilləşdirilməsi;
  • vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və s.

Vergi orqanlarının əsas hədəflərindən danışarkən ölkədə vətəndaşların, o cümlədən sahibkarlar və vergi ödəyiciləri arasında vergi mədəniyyətinin səviyyəsinin yüksəldilməsinin zəruriliyini xüsusi qeyd edən S.Musayeva bildirib ki, bu, özünü xüsusilə könüllü əməletmədə göstərməlidir: “Könüllü əməletmənin mövcud olması üçün etimad mühitinin yaradılması vacib şərtdir. Bununla əlaqədar vergi orqanları qarşısında da vəzifələr müəyyən edilib”.

Son xəbərlər
Digər xəbərlər