12 C
Baku
Saturday, November 23, 2024

Vergi və gömrük sahəsində güzəştlərə dair təkliflər hazırlanacaq

Dövlət orqanları vergi və gömrük sahəsində güzəştlərə dair təkliflər hazırlayacaq.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları vergi və gömrük sahəsində güzəştlərə dair təkliflərini və onların qiymətləndirilməsi üçün zəruri məlumatları vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi vasitəsilə Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

 

 

Son xəbərlər
Digər xəbərlər