10 C
Baku
Saturday, November 23, 2024

Vergi xətti ilə büdcə daxilolmaları 14%-dən çox artırılır

2023-cü ildə dövlət büdcəsi gəlirlərinin 13402.0 milyon manatı və ya 43.6 faizi Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə daxilolmaların payına düşür.

Bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.

Məlumata görə, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 1662.0 milyon manat və ya 14.2 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 4872.8 milyon manat və ya 57.1 faiz çoxdur.

Dövlət Vergi Xidmətinin xətti ilə 2023-cü il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan daxilolmaların 62.6 faizi və ya 8385.0 milyon manatı qeyri-neft sektorunun, 37.4 faizi və ya 5017.0 milyon manatı neft sektorunun payına düşür.

Qeyd edək ki, DVX xətti ilə proqnozlaşdırılan daxilolmaların məbləği ÜDM-in 12.6 faizi həcmində nəzərdə tutulub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər