21 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Vergi Xidmətinə İT infrastrukturunun təkmilləşdirilməsi 1 milyon yarıma başa gələcək

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 1 milyon yarımlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, Dövlət Vergi Xidməti “Caspel” MMC və “Azedunet” MMC ilə müqavilə imzalayıb.

“Azedunet” MMC ilə bağlanmış müqavilədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının inzibati binasında mövcud İnformasiya Texnologiyaları (İT) infrastrukturunun təkmilləşdirilməsi ilə əlaqədar quraşdırılmış şəbəkə avadanlıqlarına texniki xidmətin göstərilməsi nəzərdə tutulur. Müqavilənin dəyəri 11 310 manatdır.

“Caspel” MMC ilə bağlanmış 5 müqavilədə isə “195” Çağrı Mərkəzi sisteminin avadanlıqlarına və səsli mesaj xidmətinin proqram təminatına, Giriş-Çıxış Access Control sistemlərinə, səs avadanlıqları, konfrans və müşahidə sistemlərinə , “Zərif Müştəri” qurğularına (Thin Client – elektron disksiz qurğu), kompüter, noutbuklara və printerlərə, Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS-in) və onun ehtiyat sisteminin avadanlıqlarına, elektron vergi hesab-faktura xidmətini təmin edən avadanlıqlara, İnternet Vergi İdarəsi, “Lokal Telefoniya”, “Zərif Müştəri” və “Onlayn Kassa” sistemlərinin avadanlıqlarına və digər avadanlıqlara texniki xidmətin göstərilməsi və Korporativ rabitə şəbəkəsinə telefon və kommunikasiya xidmətinin göstərilməsi nəzərdə tutulur. Bu müqavilələrin dəyəri müvafiq olaraq 10 832 manat, 109 234 manat, 83 040 manat, 702 815 manat, 606 508 manatdır.

6 müqavilənin cəmi məbləği isə 1 milyon 523 min 740 manatdır.

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər